Mədə-bağırsaq traktı xəstəliklərindən necə qorunmaq olar? – Həkim yaranma səbəblərini açıqladı
11.07.2023 08:57
Mədə-bağırsaq xəstəlikləri bir çox vətəndaşları narahat edən problemlər arasında yer almaqdadır. Mədə-bağırsaq traktı xəstəliklərinə MBT orqanlarının bütün iltihabi infeksion patologiyaları, autoimmun tipli zədələnmələr, şişlər aiddir. Həzm sistemi xəstəlikləri adətən epiqastral nahiyədə ağrılar, iştahanın pozulması, ürəkbulanma, qusma, qarın ağrısı, qarında köp hissi, dispeptik pozğunluqlarla özünü biruzə verir.
Aztibb.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Humay Usubova bildirib ki, bu xəstəliklərin yaranma səbəblərinə ilk növbədə ekzogen amillər səbəb olur. Çox ağırlaşmış hallarda mədə qanaxması baş verir. Ağrılar əsasən yemək zamanı və ya yeməkdən 2-3 saat sonra ola bilər. Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəblərinə ilk növbədə ekzogen amillər səbəb olur, qeyri-düzgün qidalanma (yağlı, duzlu, ədviyyatlı, qızardılmış, hisə verilmiş məhsulların qəbulu, tələsik yemək, qidanın pis çeynənməsi) mədə şirəsini və HCI-u artırır. Bundan başqa, zərərli vərdişlər, siqaret, alkoqol qəbulu, dərman prepratlarının nəzarətsiz qəbulu, stres halları, qidada zülal və dəmir çatışmazlığından yaranan avitaminoz nəticəsində də qastritlər yaranır.
Onun sözlərinə görə, etioloji amillər arasında “Helicobacter pylori” böyük əhəmiyyətə malikdir. Helicobacter pylori mədə və onikibarmaq bağırsağın selikli qişasında aşkar olunmuş spiralşəkilli patogen bakteriyadır. Bu səbəblə günümüzdə onun aradan qaldırılması xora müalicəsinin mühüm bir hissəsini təşkil edir.
Humay Usubova qeyd edib ki, ən çox rast gəlinən mədə-bağırsaq xəstəliklərinə qastritlər (kəskin və xroniki), mədə xorası, onikibarmaq bağırsağın xorası (duodenal xora), pankreatitlər, qeyri-spesifik xoralı kolit, kron xəstəliyini göstərmək olar.
Həkim mədə-bağırsaq xəstəliklərindən qorunmaq üçün bəzi amillərə diqqət yetirmək lazım olduğunu tövsiyə edib:
“Düzgün qidalanma, qızardılmış məhsulların qəbulunu azaltmaq, gündəlik rasionda meyvə-tərəvəz, salatlara üstünlük vermək lazımdır. Çəkiyə nəzarət etmək, stresdən uzaq olmaq, aktiv hərəkət, piyada gəzmək, normal yuxu rejimi, qazlı, spirtli içkilərdən az istifadə etmək lazımdır. Əgər xəstənin yuxarıda qeyd olunan şikayətləri varsa, ilk növbədə qastroenteroloqa müraciət etməlidir. Ehtiyac olarsa, qastroskopiya, kolonoskopiya və qarın boşluğu orqanlarının ultrasəs müayinəsi olunmalıdır . Nəticəyə uyğun olaraq konservativ müalicə (dərman preparatı) və ya cərrahi müdaxilə aparıla bilər”.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

