Qastroenteroloq-terapevt İsmayıl Abbasov - "Dahi təbiblər" rubrikası
10.07.2023 10:44
"Dahi təbiblər" rubrikasında tanınmış qastroenteroloq və terapevt, Azərbaycan SSR Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvü İsmayıl Abbasov haqqında məlumatları təqdim edirik.
İsmayıl Teymur oğlu Abasov 1922-ci il avqustun 21-də Bakı şəhərində anadan olub. 1943-cü ildə Azərbaycan Tibb İnstitutunu (ATİ) bitirib.
O, 1954-cü ildə tibb üzrə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiyalarını müdafiə edib, 1967-ci ildə professor elmi adını alıb, 1989-cü ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.
İ.Abasov əmək fəaliyyəti ərzində II Dünya müharibəsi zamanı ordu sıralarında alay həkimi (1943-1946), ATİ-də Terapevtik kafedrada ordinator (1946-1950), professor (1967), Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda Terapiya şöbəsinin müdiri (1949-1968), Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda Terapevtik şöbənin müdiri (1988-2001) və elmi məsləhətçi (2001-2006) vəzifələrində çalışıb.
Alimin elmi və həkimlik fəaliyyəti çoxsahəli olub. O, hematologiya, onkologiya, qastroenterologiya sahəsində bir sıra fundamental tədqiqatlar aparıb. Mədə xəstəliklərinin diaqnostikasında mədə şirəsində sərbəst amin turşularının xromotoqrafik analizini, yoğun bağırsağın xərçəngi və başqa patologiyaların diaqnostikasında qələvi fosfataza, enterokinazanın müayinəsinin əhəmiyyətini, həmçinin mədəaltı vəzi, mədə, qaraciyər və öd yolları xəstəliklərində mədəaltı vəzinin xarici sekretor funksiyasını tədqiq edib.
İ.Abasov mədə və onikibarmaq bağırsaq xorasının mədəaltı vəziyə keçməsinin laborator diaqnostikası metodunun müəllifidir. O, ilk dəfə qaraciyərin müxtəlif xəstəliklərində bromsulfalein vasitəsilə bu orqanın ekssekretor funksiyasını müəyyən edib, Azərbaycanda mədə, öd kisəsi və öd yolları, bağırsaq xəstəliklərinin epidemiologiyası üzrə tədqiqatlar aparıb.
Onun elmi fəaliyyətinin nəticələri respublikada və xaricdə çap olunan 300-dən artıq elmi əsərdə, həmçinin 15 monoqrafiyada öz əksini tapıb. Alimin elmi rəhbərliyi altında 2 elmlər doktorluğu və 6 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub.
Professor İ.Abasov Ümumittifaq Qastroenteroloqlar və Terapevtlər Cəmiyyətinin İdarə Heyətinin üzvü (1976), SSRİ TEA-nın Qastroenteroloji problemlər üzrə komissiyasının üzvü (1980-2008), Respublika Səhiyyə Nazirliyinin Elmi Tibb Şurasının Rəyasət Heyətinin üzvü (1968), Nazirliyin baş qastroenteroloqu (1970), Azərbaycan Qastroenteroloqlar Cəmiyyətinin (1970-2008) üzvü olub.
Alimin müharibədə iştirakı və elmi-həkimlik fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, I və II dərəcəli “Vətən müharibəsi” (1944, 1945), “Qırmızı ulduz” (1946) ordenləri, “Döyüş cəsarətinə görə” (1944), “Almaniya üzərində 1941-1945-ci illərdə qələbə” (1945) və s. medallarla təltif olunub, Əməkdar elm xadimi (1984) fəxri adına və Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.
İsmayıl Abasov 2006-cı ildə Bakıda vəfat edib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

