TƏBİB Macarıstanda keçirilən “Ətraf Mühit və Sağlamlıq üzrə Nazirlərin 7-ci konfransı”nda təmsil olunur  
07.07.2023 12:11
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və İxtisaslı tibbi yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli Macarıstanın Budapeşt şəhərində keçirilən “Ətraf Mühit və Sağlamlıq üzrə Nazirlərin 7-ci konfransı”nda iştirak edirlər.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.
 
Konfransda Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin əməkdaşları da iştirak edirlər. 
 
Qeyd edək ki, ilk dəfə 1989-cı ildə keçirilən Avropa Ətraf Mühit və Sağlamlıq Prosesi (EHP) Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regionu üçün gələcək ətraf mühit və sağlamlıq prioritetlərini və öhdəliklərini müəyyən etmək məqsədi daşıyır. Konfransda COVID-19 pandemiyasının təsiri və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə nail olmaq yolunda sağlam bərpa imkanları müzakirə olunub.
 
Həmçinin konfransda səhiyyə sistemlərinin və səhiyyə müəssisələrinin iqlimə davamlı və ekoloji dayanıqlığına diqqət yetirən Səhiyyə Sektoru İqlim Fəaliyyəti üzrə Tərəfdaşlığın işə salınması ilə bağlı fəaliyyətin dəstəklənməsi də nəzərdə tutulub.
 
Tədbirin iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, torpaqların deqradasiyası və biomüxtəlifliyin itirilməsinin sağlamlıq ölçülərinin həlli, sağlam və ədalətli keçidi təşviq etməklə pandemiyadan xilas olmaq əsasında hazırlanan nazirlər bəyannaməsinin qəbulu ilə yekunlaşdırılması planlaşdırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır