Xaya hidropsu nədir?
07.07.2023 11:00
Adi halda xaya qişası xüsusi maye ifraz edir ki, bu da xaya üçün sanki “sürtgü yağı” funksiyasını daşıyaraq, onun xayalıq daxilində sərbəst hərəkət etməsini təmin edir. Normal halda bu mayenin ifraz olunması və onun geri sorulması prosesində müəyyən bir tarazlıq olur.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-radioloqu Xanbala Bayramov xaya hidropsu barədə məlumat verərkən bildirib.
 
Həkim qeyd edib ki, bu prosesdə tarazlığın pozulması baş verdikdə, ifraz olunan maye xayanın qişaları arasında toplanmağa başlayır ki, nəticədə xayanın hidropsu inkişaf edir.
 
Onun sözlərinə görə, xaya hidropsu anadangəlmə və qazanılma olur. Xəstəlik yenidoğulmuşların təxminən 10%-də təsadüf edilir və əksər hallarda, heç bir müalicə aparılmadan, uşağın 1 yaşınadək olan müddət ərzində keçib gedir:
 
"Qazanılma xaya hidropsu kişilərin istənilən yaş qrupunda təsadüf edilə bilər. Onun əsas inkişaf səbəbləri xayanın kəskin və xroniki xəstəlikləri, xayanın travması, ürək-qan damar çatmazlıqları, xaya orqanlarının şiş xəstəlikləri, bir sıra cərrahi əməliyyatlar və s.-dir".
 
Xanbala Bayramov qeyd edib ki, xaya hidropsu ağrısız və digər hər hansı bir pozğunluq olmadan inkişaf edir. Mayenin yığılması tədricən (bəzən isə birdən-birə, sıçrayışla) və hiss edilmədən baş verir. Xaya hidropsunun diaqnozu həkim baxışı, xayalığın USM və diafanoskopiya (xayanın xüsusi işıqlandırılması) vasitəsi ilə qoyulur.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub