Peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik! - Təcrübəli cərrah Yeganə Əliyeva
07.07.2023 12:08
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 iyun 2023-cü il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlərdən biri də həkim-cərrah Yeganə Əliyevadır.
 
Aztibb.az xəbər verir ki, o, hazırda TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasında çalışır.
 
Yeganə Əliyeva 2 fevral 1965-ci ildə Salyan şəhərində anadan olub. 1982-ci ildə 7 saylı tam orta məktəbi qızıl medalla, 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Universitetinin Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1988-1989-cu il tarixlərində Salyan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.
 
O, 1989-cu ildə tibb müəssisəsində həkim-cərrah kimi fəaliyyətə başlayıb, 2021-ci ildən Cərrahiyyə şöbəsinin müdiridir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev