Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobilləri verilib
06.07.2023 15:14

TƏBİB-də Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Qazax və Samux rayonlarının mərkəzi xəstəxanalarının direktorları və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.

 

“Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsi çərçivəsində Yaponiyanın “Mitsubishi” şirkətinin 2 ədəd pikap kuzalı avtomobilinin alınması və təcili tibbi yardım avtomobilinin modifikasiya olunması üçün “Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinə qrant verilib. Layihədə Qazax rayonunun Yuxarı Salahlı və Samux rayonunun Poylu kənd tibb məntəqələrinin hər birinə 1 ədəd təcili tibbi yardım avtomobilinin verilməsi ilə Qazax və Samux rayonlarının şimal ərazilərində yerli əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin yaxşılaşdırılmasının təmin edilməsi nəzərdə tutulub.

 

Həmin layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 88.996 ABŞ dolları (150.404 manat) məbləğində qrant ayrılıb.

 

İndiyə qədər Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24.070.000 ABŞ dollarını (təqribi 40.680.000 manat) ötüb.

 

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” Azərbaycan Respublikası əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Həmin yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır