"Uşaqlarda müşahidə edilən yuxu pozulmaları psixiki və ya patoloji faktorlarla əlaqəli ola bilər" - Nevropatoloq
06.07.2023 10:49
Hamiləlik zamanı ananın həyat tərzi, hətta doğuş prosesinin özü gələcəkdə körpənin sağlamlığına təsir göstərə, nevroloji problemlər yarada bilər.
Aztibb.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 14 nömrəli Şəhər Poliklinikasının həkim-nevropatoloqu Təranə Həşimova məlumat verib.
Həkim bildirib ki, yeni doğulmuşların yuxu saatları daha uzun olur və getdikcə qısalır. 0-3 yaşlar arası qaydasında olan yuxu uşaq inkişafının ən önəmli amillərindəndir.
Onun sözlərinə görə, uşaqların fiziki inkişafını təmin edən boy hormonu daha çox yuxu prosesi zamanı ifraz olunur. Normal tənzimlənən yuxu rejimi böyüməkdə olan orqanizm üçün çox əhəmiyyətlidir, uşağın zehni və fiziki inkişafına təsir edir.
Həkim-nevropatoloq uşaqlarda yuxu pozğunluğuna təsir edən səbəblərin müxtəlifliyinə də toxunub, bu səbəblərə uşaqların düzgün qidalanmaması, gündəlik həyat tərzi, geyim, uşağın yatağı (bəzən valideynlər uşağı öz çarpayısında və ya analar daha çox qucaqda və ayaqda yürüyərək yatırdırlar) və s. aid olduğunu nəzərə çatdırıb.
T.Həşimova sadalanan səbəblərin təsirindən uşaqlarda sağlam yuxunun pozulduğunu və bunun onlarda ciddi nevroloji problemlərin yaranmasına zəmin yaratdığını bildirib:
“İstisna hallar olaraq, digər nevroloji problemlər olarsa (bu vəziyyət nevroloq tərəfindən dəyərləndirilir), müalicə etioloji faktorları aradan qaldırmaqla aparılır. Əlbəttə ki, yaşdan asılı olaraq, müalicə və tövsiyələr də fərqlidir. Uşaqlar zəruri tibbi müayinələrdən keçirildikdən sonra tibbi zərurət olarsa, onlar yaşa görə neyrosonoqrafiya və elektroensefaloqrammaya göndərilir.
Bütün hallarda biz uşaqlarında yuxu pozğunluğuna rast gəlinən valideynlərə ərazi üzrə poliklinikalardakı həkim-nevropatoloqlara müraciət etməyi tövsiyə edirik”.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

