Minimal invaziv cərrahiyyənin üstünlükləri - Neyrocərrah Səbinə Əhmədli AÇIQLADI
09.07.2023 10:24
Son illərdə bəzi açıq neyrocərrahiyyə əməliyyatları öz yerini daha müasir üsullara vermişdir, artıq bu əməliyyatlar kiçik bir dəlikdən girilərək həyata keçirilir.
 
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Səbinə Əhmədli Aztibb.az-a bildirib ki, minimal invaziv yanaşmalarda, bir iynə ilə damardaxilindən beyinə çatmaq mümkündür. Bu yanaşma bir çox patologiyalarda, xüsusilə arterio-venoz malformasiyalarda, anevrizmalarda və s. tətbiq edilir.
 
Səbinə Əhmədli minimal invaziv cərrahiyyənin üstünlüklərini sadalayıb:
Cərrahi kəsik olmaması;
Sürətli bərpa müddəti;
Daha az fəsad ehtimali;
Əməliyyatdan sonra daha az ağrı;
Daha qısa əməliyyat və s.
 
Neyrocərrah qeyd edib ki, minimal invaziv cərrahiyyə hər xəstə üçün uyğun deyildir və yalnız göstəriş olduğu halda tətbiq olunarsa, daha müsbət nəticə əldə etmək mümkündür.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev