Qazi Universitetinin təlimçiləri ilə görüş keçirilib
05.07.2023 19:09

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Qazi Universitetinin birgə əməkdaşlığı çərçivəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təlim Mərkəzində “Ailə Həkimi: Qeyri-infeksion xəstəliklərin idarə edilməsi” mövzusunda təlimçilər üçün təlim keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, təlimlər Qazi Universitetinin təlimçiləri tərəfindən aparılıb.

 

TƏBİB-də sözügedən təlimin təlimçiləri ilə görüş keçirilib.

 

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Ramin Ağayev, Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, Təlim və karyera planlaması şöbəsinin müdiri Mədinə Kərimli, Qazi Universitetinin Tibb fakültəsinin təlimçiləri Mustafa Necmi İlhan, Seçil Özkan, İlyas Okur və digərləri iştirak ediblər.

 

İcraçı direktorun müavini Araz Nəsirov qonaqları TƏBİB-in fəaliyyəti, ölkədə səhiyyə sahəsində aparılan islahatlar, TƏBİB tabeliyindəki xəstəxanalarda tətbiq olunan icbari tibbi sığorta sistemi, rəqəmsallaşma, xəstəxanalarda yenidən qurulan Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri haqqında ətraflı məlumatlandırıb.


Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib.

 

Sonda təlimçilərə təşəkkürnamə təqdim olunub.

 

Qeyd edək ki, TƏBİB, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Qazi Universitetinin birgə əməkdaşlığı çərçivəsində 03-07 iyul 2023-cü il tarixlərində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təlim Mərkəzində “Ailə həkimi: Qeyri-infeksion xəstəliklərin idarə edilməsi” mövzusunda təlimçilər üçün təlim keçirilib. Təlimin əsas məqsədi ilkin səhiyyə xidməti çərçivəsində qeyri-infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası, tibb işçilərinin bilik və təcrübələrinin artırılmasından ibarətdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev