"Son illər Azərbaycan səhiyyəsində genişmiqyaslı islahatlar aparılmaqdadır" - Teymur Musayev
05.07.2023 17:15

İyulun 5-də Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ənənəvi işgüzar lançı təşkil edib. İyul işgüzar lançın xüsusi qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev olub.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, görüşdə işgüzar dairələrin və üzv şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu Səhiyyə Nazirliyinin Palata ilə daimi qarşılıqlı fəaliyyətini və dialoqa hazır olmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda səmərəli dövlət-özəl tərəfdaşlıq, o cümlədən səhiyyə sektorunda əlverişli biznes mühiti yaradılıb. Vurğulanıb ki, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayında artım müşahidə olunur: “İnanırıq ki, Səhiyyə Nazirliyi ilə qarşılıqlı faydalı əməkdaşlığımız Azərbaycanda biznes mühitini daha da yaxşılaşdıracaq”.

 

“AmCham Azərbaycan”ın İcraçı direktoru Gülnarə Aslanbəyli isə Azərbaycanda xarici və yerli biznesin maraqlarının dəstəklənməsi və təşviqi istiqamətində Palatanın davamlı fəaliyyətini qeyd edib. G.Aslanbəyli bu istiqamətdə dövlət qurumları ilə aparılan səmərəli dialoqun və uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, son illər Azərbaycan ictimai səhiyyəsində müasir prinsiplərə əsaslanaraq innovativ texnoloji nailiyyətlər və mütərəqqi menecment resusları tətbiq edilməklə genişmiqyaslı islahatlar aparılmaqdadır. Nazir qeyd edib ki, uğurlu səhiyyə islahatları üç əsas prinsip üzərində qurulub. Birincisi, insan kapitalının inkişafıdır. İkincisi, bu sahədə bütün fundamental dəyişikliklərin əsas amili səhiyyənin rəqəmsallaşmasıdır. Üçüncüsü isə, səhiyyə sisteminin yeni iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsidir.

Onun sözlərinə görə, dövlət xidmətlərində əlçatanlıq prinsiplərinin artırılması, insan amilin gücləndirilməsi, “vətəndaş-məmur” ünsiyyətinin minimuma endirilməsi məqsədilə ölkənin səhiyyə sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə geniş rəqəmsal səhiyyə platformasına keçid reallaşdırılıb.
 
Nazir milli səhiyyədə müasir düşüncəli və beynəlxalq təcrübəyə malik tibbi kadr potensialının formalaşdırılması, bu sahədə uğurlu mübadilələrinin aparılması, tibb təhsili və elmində inklüziv inkişafa nail olması istiqamətində məqsədyönlü və davamlı layihələrin icra olunduğunu qeyd edib.

Teymur Musayev, həmçinin ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb. O, Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb: “Özəl sektorun səhiyyədə iştirak payının artırılması, xidmətin səmərəliliyinin optimallaşdırılması, informasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsi və innovativ layihələrin birgə maliyyələşdirilməsi kimi təşviq edilməlidir”.
 

İşgüzar lanç çərçivəsində Ticarət Palatasının üzvləri təqdimatla çıxış ediblər.

Görüşün sonunda fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”