Tibb müəssisələrinin yeni direktorları kollektivə təqdim olunub
04.07.2023 18:32

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, strukturun və idarəetmənin təkmilləşdirilməsi çərçivəsində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatı ilə bəzi tibb müəssisələrinə təyin olunan direktorlar bu gündən etibarən fəaliyyətə başlayıblar.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev və M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Saniyeva çalışdıqları tibb müəssisələrinin kollektivinə təqdim olunublar.

 

Yeni direktorları kollektivə təqdim edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov onların hər birinə fəaliyyətlərində məsuliyyətli olmaları, çalışacaqları müəssisələrdə mövcud olan çatışmazlıqları və neqativ halları qısa zamanda aradan qaldırmaları, tibb və qeyri-tibb personalının bilik-bacarıqlarının, tibbi xidmət alanların məmnunluğunun yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verib.

 

V.Qurbanov mütəmadi olaraq tibb müəssisələrinin maddi-texniki bazalarının, kadr potensialının, infrastrukturunun yaxşılaşdırılması istiqamətində intensiv işlərin aparılacağını da vurğulayıb.

 

Tibb müəssisələrinin direktorları öz növbələrində rəhbərlik edəcəkləri tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, qarşıya qoyulan hədəflərə nail olmaq üçün səylə çalışacaqlarını qeyd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır