"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Azər Əkbərli
07.07.2023 10:23
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Millətimizin müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında Şirvan Şəhər Mərkəzi Xəstəxanasının anestezioloq-reanimatoloqu Azər Əkbərlidən bəhs edəcəyik.
 
O, 22 noyabr 1963-cü il Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 1986-1992-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. Təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. 1993-cü il Bakı şəhərindəki 1 nömrəli Klinik Xəstəxanasında internatura keçib.
 
Azər Əkbərli 2000-2007-ci illərdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-terapevt vəzifəsində çalışıb. 2008-ci ildən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir.
 
Peşəkar həkim Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 iyun 2023-cü il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır