Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının təcrübəli travmatoloqu - Mehman Məmmədov
06.07.2023 17:14
Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Mehman Məmmədov da sevilən-seçilən həkimlərdən biridir. 
 
O, 1956-cı ildə Kürdəmir rayonunun Yenikənd kəndində anadan olub. 1974-cü ildə Köhnəbazar kənd orta məktəbini fərqlənmə ilə bitirib. 1979-1985-ci illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika bölməsində təhsil alıb.
 
Mehman Məmmədov 1985-1990-cı illərdə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında cərrah-onkoloq vəzifəsində çalışıb. 1990-cı ildən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərir.
1997-ci ilə qədər Kürdəmir TTTY şöbəsinin müdiri işləyib. 1997-ci ildə travmatoloq-ortoped kursunu keçdikdən sonra travmatoloq kimi fəaliyyətini davam etdirir.
 
Həkim səmərəli fəaliyyətinə görə Fəxri fərmanlarla təltif edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır