“AzeriMed” kollektivi orduya 250 min manat ianə etdi
15.10.2020 00:07

“AzeriMed” MMC-nin kollektivi Milli Ordumuzun erməni işğalçılarına qarşı Vətən Müharibəsində əldə etdiyi uğurları, düşmənin əzəli torpaqlarımızdan qovulub çıxarılmasının gündən-günə vüsət almasını böyük ruh yüksəkliyi və sevinclə qarşılayıb. 

 

Şirkətin Vətənin çağırışına dərhal cavab verərək cəbhənin müxtəlif bölgələrinə könüllü olaraq yollanmış 49 əməkdaşı da xalqımızın uğurla yazdığı zəfər salnaməsinin əsas iştirakçılarıdır.

 

Xəbər verdiyimiz kimi, hərbi əməliyyatlar başlayandan “AzeriMed” MMC rəhbərliyinin orduya dəstək məqsədilə ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərilib. Bundan sonra da ordu üçün lazım olan bu tipli tibbi məhsullar mütəmadi şəkildə müxtəlif hərbi birləşmələrə çatdırılacaq.

 
Bu günlərdə hər zaman dövlətimizin, ordumuzun yanında olan şirkət işçiləri də ümumi qələbəmiz üçün dəstək aksiyalarına qoşulublar. “AzeriMed” MMC-nin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 250 min manat ianə toplayıb təhvil veriblər.

 

“AzeriMed” MMC-nin kollektivi Azərbaycan Silahlı Qüvvələrinin yaxın zamanda erməni işğalçıları üzərində həlledici və qeyd-şərtsiz qələbə çalacağına ürəkdən inanır və bu müqəddəs mübarizədə qəhrəman əsgərlərimizə uğurlar arzulayır!

 

Qarabağ Azərbaycandır!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır