Ağciyər arteriyasının klapanlı stenozu - Pulmonar stenoz
08.07.2023 10:33
Ağciyər arteriyasının klapanlı stenozu (pulmonar stenoz, PS) geniş yayılmış anadangəlmə qüsurdur və anadangəlmə ürək qüsurları ilə doğulmuş uşaqların 10%-də müşahidə edilir.
 
Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev Aztibb.az-a bildirib ki, əsas şikayətlər fiziki gərginlik zamanı təngənəfəslik, sağ tərəfli ürək çatışmazlığı, halsızlıq, özündən getmə və sinədə ağrıdır.
 
Onun sözlərinə görə, anadangəlmə dəyişikliklərin etiologiyası digər ürək qüsurlarında olduğu kimidir – fetal məxmərək sindromu, dərman və kimyəvi intoksikasiyalar, irsi meyllik və s.
 
Cabir Gülmalıyev qeyd edib ki, ağciyər arteriyası dəliyinin qazanılmış stenozuna infeksion endokardit, hipertrofik kardiomiopatiya, sifilitik və ya revmatik zədələnmə, ürəyin miksoması, karsinoid şişlərlə əlaqədar qapağın vegetasiyası səbəb ola bilər:
 
"Pulmonar stenoz adətən xoşxassəli klinik gedişata malikdir. Hətta ağır dərəcəli halların müalicəsi mümkündür".
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub