Milli Oftalmologiya Mərkəzinin həkimləri Sinqapurda beynəlxalq tədbirdə iştirak ediblər
30.06.2023 11:36

Sinqapurda APACRS-in (Asiya-Sakit Okean Katarakta və Refraktiv Cərrahlar Assosiasiyası) 35-ci illik konfransı keçirilib.
 

Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a bildirilib ki, konfransda t.ü.f.d. Yazgül Abdiyeva, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Şəhla Əsədova, t.ü.f.d. Bənövşə Hacıyeva, t.ü.f.d. Nərminə Hacıyeva, Rəvanə Həsənova, Sona Bayramova və Humay Bayramova iştirak ediblər.

 

Tədbir çərçivəsində APACRS-ın prezidenti, prof. Yao Ke, prof. Pannet Pangputhipong (Tayland), dr. Ronald Yeoh (Sinqapur), ASCRS-ın prezidenti Elizabeth Yeu, dr. Chan Wing Kwong (təşkilat sədri), dr. Hungwon Tchah (Cənub Korea) və digər alimlərlə görüşlər keçirilib.

 

Konfransdan sonra akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mirana Mirişova və Sona İbrahimova Sinqapur Milli Göz Mərkəzini ziyarət ediblər. Mərkəzin səlahiyyətli şəxsi tərəfindən müşayiət olunan oftalmoloqlar Sinqapur Milli Göz Mərkəzinin yaranması və fəaliyyəti ilə tanış olublar.

 

Görüş zamanı Milli Oftgalmologiya Mərkəzi və Sinqapur Milli Göz Mərkəzininin mütəxəssisləri oftalmoloji yeniliklərdən bəhs edərək, qarşılıqlı təcrübələrini bölüşüblər.

 

Həmçinin t.ü.f.d. Yazgül Abdıyeva akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və regional filiallarının fəaliyyəti barədə məlumat verib. T.ü.f.d. Mirana Mirişova Mərkəzdə həyata keçirilən Excimer-lazer əməliyyatından, Sona İbrahimova isə Qalukoma xəstəliyinə qarşı həyata keçirilən işlərdən bəhs ediblər.

 

Qeyd edək ki, APACRS-in il üzrə bütün fəaliyyətini nümayiş etmək üçün konfranslar həyata keçirilir. Cəmiyyətin illik toplantısında Asiya-Sakit Okean bölgəsindəki həkimlər üçün uyğunlaşdırılmış və müvafiq olaraq diqqətlə hazırlanmış elmi proqram təqdim olunur. Proqrama dünyanın hər yerindən yüksək səviyyəli təqdim olunan mühüm təcrübə məlumatları daxildir. Burada oftalmologiyada olan elmi yeniliklər, təcrübələr nümayiş edilir. İllik konfranslar Asiya-Sakit okean regionunun müxtəlif ölkələrində keçirilir.

 

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev