Gün eynəkləri necə seçilməlidir?
30.06.2023 18:57

Gün eynəkləri gözlərimizi günəşin zərərli təsirindən qoruyur: gözlərdə quruluq, katarakta (mirvari suyu), torlu qişanın xəstəlikləri günəş şüalarının zərərli təsirindən kəskinləşə bilər. Azərbaycanımızda günəşli günlər çox olduğu üçün həm faydalanmaq, həm də zərərli təsirindən qorunmaq lazımdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Səhhət" klinikasının oftalmoloqu Vüsalə Orucova gün eynəklərinin necə seçilməli olduğu mövzusunda məlumat verərkən bildirib.

 

Onun sözlərinə görə, şüşədən olan gün eynəkləri ağır olur, sına bilər, gözə travma vermə ehtimalı var, zərərli şüaları keçirmə faizi də nisbətən yüksəkdir. Plastik eynəklər isə yüngül, təhlükəsiz, qoruyuculuq faizi yüksək olur.

 

Oftalmoloq qeyd edib ki, keyfiyyət göstəricisi UF-400 olması daha məsləhətlidir (linzada bir küncdə qeyd olunur). Rəngi qara, qəhvəyi, tünd boz və s. ola bilər. Belə rəngli linzalar işığı azaldır, digər görmə keyfiyyətinə təsir etmir - hər şey öz rəngində görünür.




Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev