Kaliumun insan orqanizmi üçün əhəmiyyəti nələrdir?
30.06.2023 12:19

Orqanizmdə olan həyati əhəmiyyətə malik mineral maddə və elektrolitlərdən biri də kaliumdur. Elektrolit olduğu üçün sinir və əzələ keçiriciliyini təmin edir.

 

Aztibb.az xəbər verir ki, həkim-endokrinoloq Fərhad Burzu bildirib ki, kalium bədənimizə təsir edən daxili və xarici qıcıqlara qarşı cavab reaksiyası verməkdə önəmli rol oynayır. Sinir impulslarının yaranmasını, keçiriciliyini, əzələlərin yığılma və boşalma proseslərini tənzimləyən elektrolitdir. Həmçinin arterial təzyiqin, su-duz mübadiləsinin tənzimlənməsini təmin edir. Kalium ürək damar xəstəlikləri və endokrin xəstəliklər zamanı (şəkərli diabet, odteoporoz və s.) diqqət olunacaq vacib komponentdir. 

 

Onun sözlərinə görə, kalium orqanizmə qidalar vasitəsi ilə daxil olur. Ən çox özündə kalium saxlayan qidalar aşağıdakılardır:


Banan, ərik, üzüm, ispanaq, kartof, soğan, sarımsaq, kök, noxud, paxlalı bitkilər, qoz, fındıq, püstə, badam, şokalad və s.

 

Həkim əlavə edib ki, tünd yaşıl yarpaqları olan tərəvəzlər daha çox kalium mənbəyidir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev