“Koronavirusla bağlı qaydalara əməl olunduqca sərt qadağalara gedilməyəcək”
14.10.2020 16:32

“Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusun yeni dalğasının olması qaçılmazdır. Avropada, Niderland, Almaniyada gündəlik yoluxma sayı bəzən 5 000-i keçir. Bu hallar davam etdikcə qaydalar daha da sərtləşdiriləcək”.

 

Aztibb.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

 

Onun sözlərinə görə, payız və qış aylarında qriplə koronavirusu ayırmağın çətinləşəcəyi əvvəlcədən proqnoz edilib:

 

“Məsələn, koronavirus olan deyəcək ki, “mən adi qripəm”, gedəcək kütləvi yerlərdə insanları yoluxduracaq. Adi qrip olan şəxs isə elə biləcək koronavirusa yoluxub və evdə qalacaq ki, bu da müəyyən formada iqtisadiyyata zərərdir. Belə hallarda şəxslər maksimum ehtiyatlı olmalıdırlar, özünü digər şəxslərdən tamamilə izolyasiya etməli və əlamətləri hiss edən şəxs tez bir zamanda test edilib müayinə edilməlidir ki, xəstəliyə qarşı növbəti addımlar müəyyən edilsin”.

 

N.Abdullayev hesab edir ki, insanlar maska taxmağın vacibliyini daha ciddi anlamalıdır: “İnsanlar başa düşməlidirlər ki, yoluxma halları çoxalarsa, əvvəlki sərt qadağalar, eləcə də, rayonlara getmək qadağası yenidən tətbiq oluna bilər. Bu da birbaşa döyüş bölgəsində olan əsgərlərimizə, ordumuza yardım aparan insanlara təsir edəcək”.

 

“Qaydalara əməl olunduqca, virusa yoluxma sayı aşağı düşdükcə sərt qadağalara gedilməyəcək”, - N.Abdullayev bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib