"Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı" mövzusunda tədbir keçirilib
28.06.2023 09:07

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şəki Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin (ASM) konfrans zalında "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı" mövzusunda tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə İlkin Səhiyyə Xidməti (İSX) şöbəsinin müdiri, həkim-terapevt Şəlalə Bayramova, ASM bölmə müdiri, həkim-terapevt Firuzə Həmidova, Ftiziatriya kabinetinin müdiri, həkim-ftiziatr Sevinc İsmayılova, ailə həkimi-terapevtlər, pediatrlar, kənd həkim məntəqə və kənd tibb məntəqə müdirləri və tibb işçiləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Şəlalə Bayramova vərəm xəstəliyinin erkən aşkar edilməsi, aktiv skrininqlərin aparılması, yoluxma saylarının qarşısının alınması məqsədilə ftiziatr həkimlərlə işlərin qurulmasından danışıb.

 

Daha sonra həkim-ftiziatr Sevinc İsmayılova dünyada və Azərbaycanda epidemioloji vəziyyət və ölkədə vərəm xəstəliyinə qarşı aparılan tədbirlər haqqında məlumat verib.

 

Sonda iştirakçılarla mövzu ətrafında müzakirələr aprılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev