Azərbaycan və Almaniya həkimlərinin "Yeni Klinika"da təcrübə mübadiləsi
27.06.2023 15:21

TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika" və Almaniya Federativ Respublikasının Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ''Kolorektal cərrahiyyədə qabaqcıl texnikalar və perioperativ proseslərin effektiv təşkili'' mövzusunda ustad dərsləri keçirilib.

 

Aztibb.az Klinikadan bildirilib ki, təlim TƏBİB, Almaniyanın Haydelberq Universitetinin Manhaym Klinikasının Cərrahi Mərkəzinin (UMM), Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə 26-27 iyun tarixlərində baş tutub.

 

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, UMM-nin direktoru Kristof Reissfelder və Yeni Klinikanın direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayevin iştirakı ilə baş tutan ustad dərslərində Almaniyada fəaliyyət göstərən cərrahlardan Vüqar Yaqublu, Stefen Seyfred, Rasim Xəlilov, Azərbaycanda çalışan cərrahlardan isə Elşən Qədimov, Elman Əzimov, Alim Əkbərov və Nərgiz Əfəndiyeva məruzəçi qismində çıxış ediblər.

 

"Yeni Klinika"nın Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov icra etdiyi qapalı əməliyyatı təqdim edərkən professor Reissfelder bu əməliyyatın gördüyü ən peşəkar işlərdən olduğunu və əməliyyatın dərs vəsaiti kimi başqa cərrahlara öyrədilə biləcəyini qeyd edib.

 

Təlimin ilk günü ustad dərslərində gənc cərrahlara kolorektal cərrahiyyədə xəstələrin perioperativ aparılmasının effektiv təşkili yolları təqdim edilməklə yanaşı canlı həyata keçirilən kolektomiya nümunəsində cərrahi texnikalar müzakirə edilib.

 

Canlı video əməliyyat Manhaym Klinikasının Cərrahi Mərkəzinin cərrahları Vüqar Yaqublu, Stefen Seyfred və Yeni Klinikanın cərrahı Alim Əkbərovun iştirakı ilə baş tutub.

 

Təlimin ikinci günü əməliyyatdan sonrakı dövrün effektiv təşkilini təmin edən ERAS (Enhanced Recovery After Surgery) - “Cərrahiyyə Sonrası Bərpanın Sürətləndirilməsi” sahəsi UMM-nin təcrübəsi əsasında müzakirə edilərək Azərbaycan üçün modifə edilmiş yeni ERAS protokolu təqdim edilib.

 

Xatırladaq ki, ötən il Azərbaycan və Almaniya tibb müəssisələri arasında imzalanmış Memorandum klinik proseslərin və xəstəxana fəaliyyətlərinin idarə edilməsi, mütəxəssislərin ixtisaslaşması və çətin klinik patologiyaların müalicəsində interdissiplinar iş üzrə innovativ bilikləri bölüşməyi hədəfləyir.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev