Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Özbəkistanda beynəlxalq konqresdə çıxış edib
28.06.2023 08:31

22-25 iyun 2023-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Neyroproteksiya və Neyroplastikliyin Öyrənilməsi Cəmiyyətinin 18-ci beynəlxalq konqresi keçirilib.


Konqresdə Azərbaycan nümayəndəsi sırasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, prof. Sədaqət Hüseynova, institutun əməkdaşı Könül Əhmədova və ATU-nun Fizioterapiya və reabilitasiya kafedrasının asissenti Rəna Səmədova iştirak ediblər.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundan Aztibb.az-a bildirilib ki, tədbirdə prof. S.Hüseynova çıxış edərək Azərbaycanda insult xidmətinin vəziyyəti, insultlu xəstələrin reabilitasiyasının təşkili və bu sahədə görülən işlərlə bağlı məlumat verib.

 

Nümayəndə heyətinin üzvləri insultlu xəstələrdə disfagiyanın idarə olunması üçün təşkil olunmuş təlimdə iştirak edib, sertifakat alıblar.

Bununla yanaşı, Avropa Neyroreabilitasiya Federasiyası və Dünya Neyroreabilitasiya Federasiyası rəhbərliyi ilə gələcəkdə Azərbaycanda neyroreabilitasiyanın inkişaf yolları müzakirə olunub, kadr mübadiləsi, birgə tədqiqat layihələri və proqramlara dair fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır