Tibb tarixində bu gün: Embrioloq Hans Şpemanın doğum günüdür
27.06.2023 12:59

1869-cu il iyunun 27-də alman embrioloqu Hans Şpeman (1869-1941) anadan olub. O, 1935-ci ildə "Embrion inkişafındakı təşkilatçı effektinin kəşfinə görə" Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüb.


Hans Almaniyada Ştutqartda naşir ailəsində dünyaya gəlib. Gəncliyində klassik ədəbiyyatla maraqlanıb, amma tibbin xeyrinə seçim edib. Həkim olmağa hazırlaşaraq Heydelberq Universitetində tibbi öyrənib.


Gözlənilmədən embriologiya ilə məşğul olub və Vyarsburq Universitetinin Zoologiya İnstitutunda dünyanın ən aparıcı embrioloqlarından biri olan Teodor Boverinin rəhbərliyi altında elmi tədqiqatlara başlayıb.


Elmi məsələləri həll etmək üçün mürəkkəb metodikaları və cihazları işləyib hazırlayıb. Onun ilk elmi işləri göz büllurunun təcrübədə formalaşmasına həsr olunub. Öz tədqiqatlarında H.Şpeman embrionun inkişafının ardıcıllığını və onun ayrı-ayrı hissələri arasında qarşılıqlı əlaqəsini müəyyən edib.


Bu işlər nəticəsində o, embrionun “təşkil mərkəzlərini” müəyyən edib (bu mərkəzlər embrionun sonrakı formalaşmasına təsir edir). H.Şpemanın işləri embriologiyanın sonrakı inkişafının əsasını qoyub.


Alim 1941-ci ilin sentyabrın 12-də vəfat edib.

 

Aztibb.az

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev