Divertikul nədir? Əlamətləri və yaranma SƏBƏBLƏRİ  
29.06.2023 10:58

Yoğun bağırsağın iç səthinin (mukozasının) həssas nahiyyəsindən xaricə doğru çıxan kisə şəkilli çıxıntıya (cib) bağırsağın divertikulu deyilir.

 

Aztibb.az-ın xəbərinə görə, bu, divertikulların sayı bir neçə və daha çox (multipl) ola bilər. Əksər hallarda yoğun bağırsağın sol aşağı hissəsində, sigmoid bağırsaq hissəsində lokalizə olunur. Belə ki, divertikul ilə bağırsaq daxili təzyiq arasında uyğunluq qeyd olunur,məhz gücənmə səbəbindən bağırsaq daxili təzyiq artır.

 

Əhali arasında 40 yaşadək şəxslərdə 5-10%, 50 yaşdan yuxarı 30%, 70 yaşdan yuxarı 50% və 85 yaşdan yuxarı şəxslərdə 66% sıxlıqda rast gəlinir. Bundan başqa artıq çəki (piylənmə) zamanı divertikul daha çox rast gəlinir.

 

Divertikulun yaranma səbəbləri:
● Lifli qidaların çıxarıldığı pəhriz
● Qəbzlik
● Hərəkətsizlik
● Piylənmə
● Kortizon qəbulu
● Ağrıkəsicilər və revmatizm əleyhinə dərman preparatlarının qəbulu
● Kofein
● Alkoqol və siqaret
● Polikistik böyrək xəstəliyi

 

Əlamətləri:
Xəstəlik adətən heç bir əlamət bəlli etmədən ilərləyir. Ən önəmli əlamət divertikulun iltihabı (divertikulit) və bu səbəbdən tıxanması və ya deşilməsidir. Bəzi xəstələrdə anemiyanın gizli səbəbi də ola bilər.

 

Bununla yanaşı, aşağıdakı əlamətlər müşahidə olunur:

● Yüksək qızdırma
● Titrətmə
● İshal
● Qəbzlik
● Qaz
● Qarında şişkinlik,sancı şəkilli ağrılar ● Nəcis ifrazı aktı zamanı narahatlıqlar ● Ürəkbulanma
● Qusma
● Sidik ifrazı zamanı yanma hissi

 

Nəticələri:
Divertikul adlanan bu ciblərin iltihabı-divertikulit zamanı xəstədə qızdırma,qarında ağrı və ya qaz çıxara bilməmək,nəcis ifrazı zamanı narahatlıq müşahidə olunur. Divertikulit nahiyyəsində abses yarana bilər və bu abses bütün qarın boşluğuna yayıla bilər.
Qanaxma ola bilər ki bu da anemiyanın gizli səbəblərindən biri olar.


Ən qorxulu nəticəsi isə divertikulun deşilməsidir. Bu zaman yoğun bağırsağın möhtəviyyatı qarın boşluğuna tökülərək hətta ölümə belə səbəb ola bilər.
Bundan başqa bağırsaq tıxanıqlığı,qonşu orqanlar ilə arada fistul yaranması da mümkündür. Daha çox sidik kisəsi və qadınlarda vagina arasında fistul yaranması halları mövcuddur.


Bütün sadalanan nəticələrin müalicəsi yalnız cərrahidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev