"Heydər Əliyev və ordu quruculuğu” adlı tədbir keçirilib
26.06.2023 15:42

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında "Heydər Əliyev İli" çərçivəsində “Heydər Əliyev və ordu quruculuğu” adlı tədbir keçirilib.

 

Xəstəxandan Aztibb.az-a bildirilib ki, tədbirdə tibb müəssisəsinin Dəstək xidmətləri şöbəsinin rəhbəri Vüsal Əhmədov çıxış edərək 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda ordu quruculuğunun müasir müstəqil dövlətimizin memarı, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırdığını qeyd edib.

 

Bildirib ki, məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində qüvvətlənən, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.

 

Sonra Dəstək Xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsinin əməkdaşları Sona Musayeva və Orxan Məmmədli çıxış edərək müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrünün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu, hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusunun böyük inkişaf yolu keçdiyini, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlərin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev