Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci Milli Qurultayı çərçivəsində "dəyirmi masa" keçirilib
25.06.2023 17:37

Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayı çərçivəsində "dəyirmi masa" təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Tədbirdə Səhiyyə Nazirliyi, UNİCEF, TƏBİB, Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun nümayəndələri iştirak ediblər.

 

Giriş sözü ilə çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağı-zadə vurğulayıb ki, ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir: “Ötən müddət ərzində ölkəmizdə bu sahədə bir çox nailiyyətlər əldə edilib. Yaradılan perinatal mərkəzlərin müasir avadanlıqlarla təchizatı yenilənir. Tibb müəssisələrində perinatal xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həkim-mütəxəssislər təcrübə proqramlarına cəlb edilir”.

 

Pediatrlar Assosiasiyasının sədri, həmçinin ana və uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, eləcə də qurultayın panel iclaslarında dinləniləcək məruzələrin əhəmiyyətindən danışıb.

 

Digər çıxışçılar regionlarda ana və uşaq sağlamlığının mühafizəsində Ailə sağlamlıq mərkəzlərin (ASM) və perinatal mərkəzlərin əhəmiyyəti, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətində standart və klinik protokolların rolu, nadir xəstəliklər, neonatal skrininq proqramları və beynəlxalq təcrübə kimi məsələlərlə bağlı təqdimatlar ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev