TƏBİB-in tabeli tibb müəssisələrinin hemodializ şöbələrinə baxış keçirilib
26.06.2023 09:55

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinin hemodializ şöbələrinə baxış keçirilib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin əməkdaşları və "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi üzrə Komissiyanın" bir qrup üzvü Sabunçu Tibb Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının hemodializ şöbələrini ziyarət ediblər.


Ziyarət zamanı tibb müəssisələrinin rəhbərliyi, müvafiq şöbə müdirləri və məsul tibb işçiləri ilə birlikdə hemodializ şöbəsinin ümumi fəaliyyəti, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti dəyərləndirilib.

 

Hemodializ şöbələrində işin təşkili istiqamətində müxtəlif təlimatlar verilib, tibbi personal tərəfindən ünvanlanan suallara aydınlıq gətirilib və təkliflər müzakirə edilib. Tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının təmin edilməsi istiqamətində fəaliyyətlərə dair müzakirələr aparılaraq, tibb müəssisələrinin rəhbərləri və şöbə müdirlərinə zəruri tapşırıqlar və tövsiyələr verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev