Respublika Klinik Xəstəxanasının direktor müavini yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
24.06.2023 14:40
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini, keçmiş baş həkimi, Naxçıvan Ali Məclisinin V və VI üzvü, Əməkdar həkim Telman İbadov yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
 
Aztibb.az-a Respublika Klinik Xəstəxanasından verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə müəssisənin direktoru Elviz Qasımov Telman həkimin ölkə səhiyyəsinin inkişafında əvəzolunmaz rolu olduğunu bildirib. Qeyd edib ki, o, ölkə başçısı İlham Əliyev tərəfindən bir neçə mükafata layiq görülüb. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adı və 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı ilə təltif edilib.
 
Elviz Qasımov vurğulayıb ki, Telman İbadov tibb müəssisəsində fəaliyyət göstərdiyi müddət ərzində həm kollektivin, həm də vətəndaşların böyük sevgi və hörmətini qazanıb.
 
Daha sonra xəstəxananın baş həkimi Sərdar Əsədov və həkimləri Telman İbadovla bağlı xoş xatirələrini bölüşüblər.
  
Sonda Respublika Klinik Xəstəxanasının rəhbərliyi və kollektivi adından Telman İbadov uzunmüddətli səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır