Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib
24.06.2023 14:27
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şabran rayon ictimaiyyətinin iştirakı ilə Xaqani Poeziya Evində 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Aztibb.az-a İSİM-dən xəbər verilib.
Xaqani Poeziya Evinin direktoru Aybəniz Əliyar tədbiri giriş sözü ilə açaraq əhali arasında aparılan maarifləndirilmənin böyük əhəmiyyət daşıdığını, gənc nəsli sağlamlığa, inkişafa təhlükə törədən tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərdən qorumağın mühüm məsələ olduğunu bildirib.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkəmizdə əhalinin sağlamlığının qorunması və zərərli vərdişlərlə mübarizə istiqamətində görülən tədbirlərdən danışaraq vurğulayıb ki, səhiyyə işçiləri tərəfindən paytaxtda və regionlarda əhali arasında geniş təşviqat, maarifləndirilmə aparılır, sağlam həyat tərzi təbliğ olunur.
Mərkəzin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev diqqətə çatdırıb ki, zərərli vərdişlər qeyri-infeksion xəstəliklərin əsas risk amilidir: “Təəssüf ki, tütün məmulatları və narkotik istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə olunur. Narkotikdən istifadə əsasən məhz yeniyetməlik, gənclik dövrünə təsadüf edir. Odur ki, ictimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da artırmaq məqsədilə 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub”.
Tədbirdə Şabran Rayon Polis İdarəsinin əməkdaşı Rövşən Ələkbərov, Şabran Rayon Mərkəzi Xəstəxanasının həkimi Həbib Həcəmovun çıxış edərək vurğulayıblar ki, tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Qeyd olunub ki, valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün diqqətli olmalı, onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, bu asılılıqdan əziyyət çəkənləri isə xilas etmək üçün onlara dəstək olmalıdırlar.
Bu bölməyə aid digər xəbərlər
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 | 10:11
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

