Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Avstriyada beynəlxalq tədbirdə iştirak edib
24.06.2023 10:54

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Avstriya Respublikasının Zalsburq şəhərində keçirilən beynəlxalq “Tibbi Liderlik” seminarında iştirak edib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Amerika-Avstriya Fondu və ABŞ Filadelfiya Hospitalının birgə təşkilatçılığı ilə keçirilən “Tibbi Liderlik” beynəlxalq seminarı 18-24 iyun 2023-cü il tarixlərində Zalsburq şəhərində təşkil olunub. Azərbaycanı bu nüfuzlu tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, İsmayıl Əfəndiyev təmsil edib.

 

Seminarda səhiyyədə liderliyin üslubları və xüsusiyyətləri, şəxsi liderlik baxışı, məqsədlərin müəyyən edilməsi, yüksək performanslı komandaların yaradılması, zəruri dəyişikliklər üçün araşdırmalar və planların hazırlanması, yaradıcı və əməkdaşlıq əlaqələrinin qurulması, inandırma və inamlı danışıqlar üzrə bacarıqların inkişafı, sistem düşüncəsi və innovativ vərdişlərin təşviqi,  strateji yanaşmaların hazırlanması və həyata keçirilməsi, karyera inkişafı və digər vacıb mövzular müzakirə olunmuşdur.

 

Tədbirdə 26 ölkədən tibb sahəsində rəhbər vəzifələr tutan təmsilçilər iştirak edib. Dosent İsmayıl Əfəndiyev seminarda kütləvi zəhərlənmələr zamanı tibbi liderliyin vacibliyinə dair geniş prezentasiya ilə çıxış edib. Təqdimat tədbir iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev