İsti havaların səhhətimizə mənfi təsirləri – Həkim diqqətli olmağı tövsiyə edir
24.06.2023 10:51
Yaz-yay aylarında, xüsusilə, havanın temperaturunun yüksək olduğu günlərdə bəzi meteohəssas insanların səhhətlərində problemlər ortaya çıxır. Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər isə isti havalarda daha diqqətli olmalıdırlar.
Kliniki Tibbi Mərkəzin həkim-kardioloqu Sevil Hüseynova qeyd edib ki, ardıcıl olaraq günlərlə davam edən isti havalar meteohəssas insanlar üçün təhlükəlidir:
“Xüsusilə, yaşı 50-dən yuxarı olan insanlara, siqaret çəkənlərə, artıq çəki və piylənmədən əziyyət çəkənlərə, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlara daha çox təsir edir. İsti havada damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gəlməsi riski artır. Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə tərləməni və su itkisini artırır. Bu su ilə birgə lazımı mikroelementlər, minerallar, kalium, natrium, maqniy da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. Nəticədə qan dövranın miqdarı azalır, nəbz yüksəlir, taxikardiya başlayır. Bütün bunlar ürək tutması, insult, infarkt riskini xeyli artırır”.
Həkimin sözlərinə görə, bu cür narahatlıqların ortaya çıxmaması üçün bəzi məqamlara diqqət yetirmək lazımdır:
“Bunların qarşısını almaq üçün günəşin ən qızmar vaxtlarında açıq havaya çıxmamaq (xüsusilə, saat 12-18 arası), gün ərzində çoxlu su içmək (qazlı, şirin su içmək olmaz, çox isti çay da məsləhət deyil), yağlı, duzlu və ətli yeməklərdən uzaq durmaq, spirtli içkilər qəbul etməmək, sıx alt geyimlər, sintetik parçalar istifadə etməmək məsləhətdir, başda günəş üçün papaq və ya çətirlə gəzmək lazımdır”.
S.Hüseynova həmçinin bildirib ki, bu cür havalarda qidalanmaya da diqqət yetirmək lazımdır:
“Yeməklərdən meyvə tərəvəzlərə, süd məhsullarına, quş ətinə üstünlük verilməlidir. Ürək-damar sisteminə müsbət təsir edən ərzaqlardan pomidor, cəfəri, moruq, qara və qırmızı üzüm, ağartı məhsulları, kətan toxumunu qeyd etmək olar. Ürək-damar, şəkər xəstəliyindən əziyyət çəkənlər dərmanlarını vaxtlı-vaxtında qəbul etməli, uzaq yola çıxdıqda isə mütləq özləri ilə götürməlidirlər. Bu sadə məqamlara əməl edərək sağlamlığınızın qayğısına qalın və qoruyun”.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

