Ürəyin tac arteriya xəstəlikləri
23.06.2023 14:16
Ürək, sol və sağ koronar (tac damarlar) arteriyalar vasitəsilə qanla təchiz olunur.
 
Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib. 
 
Həkim bildirib ki, ürəyin tac damar xəstəliyi, tac arteriyaların və ürəyi qidalandıran arteriyaların daralması yaxud tıxanması nəticəsində ortaya çıxan xəstəliklərə verilən addır. Ürəyi qidalandıran damarların daralması nəticəsində yetəri qədər oksigen ala bilməyən ürək əzələsi bunu ağrı ilə biruzə verir. Bu ağrı tac arteriya xəstəliyinin ilkin əlamətidir.
 
Onun sözlərinə görə, tac arteriya xəstəlikləri koronar arteriyanın daxili səthinin zədələnməsi ilə başlanır və aterosklerozla (damar sərtləşməsi) sonlanır. Damarlar zədələndikdən sonra piy dənəcikləri və digər hüceyrə metabolizmi məhsulları zədələnmiş hissədə toplanmağa başlayır və nəticədə damar tutulması və infarkt yaranır:
 
"Arteriyaların hər hansı birində 70%-dən çox daralma ürək əzələsinin qidalanmasının pozulmasına səbəb olur və bu zaman müdaxilə labüddür".
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev