Çəki atmaq üçün nələr yemək lazımdır?
27.06.2023 14:01
Artıq çəki və piylənmə yalnız estetik problem deyil bir çox xəstəliklərə yol açır. Çəki atmaq üçün ilk olaraq su qəbul etmək lazımdır. Kiloqram başına 30-35 ml su qəbul olunmalıdır. Məsələn, çəkisi 60 kq olan biri 1800- 2100 ml arası su içməlidir.
 
Bu barədə Aztibb.az-a həkim-dietoloq Könül Məmmədova məlumat verib.
 
Həkim bildirib ki, lifli qidalara üstünlük vermək lazımdır. Mərci, paxla, lobya, yulaf, brokkoli, gül kələmi, yerkökü, kərəviz və bəzi meyvələr çəkinin nisbətən tez itirilməsinə yardım edir.
 
Onun sözlərinə görə, ədviyyatlardan istifadə etmək lazımdır. Darçın- metobolizmi sürətləndirir, xolesterini tənzimləyir. Zəncəfil- çəki verməyə dəstək olur. İstiot- tərkibində olan piperin maddəsi kalori yandırır. Pul bibər- çəki verməni sürətləndirir.
 
"Qidalanma ilə yanaşı, mütləq yuxu rejiminə diqqət etməli və fiziki aktivliyi artırmaq lazımdır", - deyə Könül Məmmədova əlavə edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev