Ömrünün 40 ilini Göygöl Rayon Mərkəzi Xəstəxanasına bağlayan terapevt - Sevda Həsənova
01.07.2023 16:47
Həkimlərin gülər üzü xəstənin sağalması üçün ilk məlhəmdir. Başqalarının xoşbəxtliyindən xoşbəxt olmaq - bu, özünü tibbə həsr edənlərin ən böyük mükafatıdır.
 
“Həkimlərimizi tanıyaq!” rubrikamızda söz açacağımız belə həkimlərdən biri də Göygöl Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-terapevti Sevda Həsənovadır.
 
Sevda Həsənova 1955-cü ildə Qazax rayon Əzizbəyli kəndində anadan olub. 1973-1979-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
 
O, 1982-ci ildən Göygöl Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt vəzifəsində çalışır.
 
Təcrübəli həkim müxtəlif illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunda revmatizm, hipertoniya xəstəliyi, terapiya, pulmonologiyada antibakterial müalicə, qastroenterologiyada funksional xəstəlikləri, diaqnostika, müalicə prinsipləri, reabilitasiya və profilaktika mövzularında sertifikasiya kurslarından keçib.
 
İşlədiyi müddətdə müxtəlif təşəkkürnamə və fəxri fərmanlar alıb, iki dəfə sertifikasiya imtahanından keçib.
 
Sevda Həsənova tərəfindən ürək-damar, tənəffüs orqanları, mədə-bağırsaq sistemi xəstəliklərinin, eləcə də revmatik və endokrinoloji xəstəliklərin, ifrazat sistemi xəstəliklərinin müayinə və müalicəsi aparılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır