Erkən diaqnoz həyat qurtarır!
27.06.2023 13:24
Ultrasəs müayinəsi tibbdə aparılan əsas müayinə üsullarından biridir. Exolokasiya prinsiplərinə əsaslanan bu müayinə metodu orqanizmə zərər vurmadan daxili orqanlar və boşluqlar haqqında dəqiq məlumat vermək imkanına malikdir.
 
Bu barədə Aztibb.az-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-radioloqu Nigar Hüseynova məlumat verib.
 
Onun sözlərinə görə, USM aparatı müvafiq cihaz vasitəsilə orqana yönəldilmiş ultrasəs dalğalarının əks olunma tezliyini qeydə almaqla orqanın ölçüsü, forması, exogenliyi və sair barədə informasiya formalaşdıraraq ekranda göstərir. Qarın boşluğu USM-i daha çox qarın ağrısı, ürək bulanma-qusma, böyrək ağrıları, sidikdə qan, travma və yol qəzaları, həzm şişkinliyi, qarında hiss olunan kütlə, xərçəng müayinəsi, genetik xəstəliklərin diaqnozu, sistemik xəstəliklərin daxili təsirlərini qiymətləndirmək kimi travmalar üçün, orqanlarda olan xərçəngi və müalicənin gedişatını təqib etmək üçün istək oluna bilər. Bundan əlavə, qaraciyərin yağlanmasından körpələrdə orqan ölçülərinin qiymətləndirilməsinə qədər geniş şəkildə istifadə olunur.
 
Radioloq qeyd edib ki, bu müayinə ilə orqanların ölçüləri, onların daxili strukturu, yerləşmə patologiyaları, əlavə törəmələr, ocaqlı patologiyalar, kəskin və xroniki xəstəliklər, travmatik zədələnmələrdən sonra daxili qanaxmalar üçün xas olan dəyişikliklər aşkar edilir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev