Göyçay Raon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində Ailə Otağı istifadəyə verildi  
22.06.2023 08:12
Avropa İttifaqı, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) dəstəyi ilə “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səhiyyə müəssisələrində kişilərin prenatal qayğı və qulluq, habelə məsuliyyətli atalıq üzrə fəaliyyətlərə cəlb edilməsi” layihəsi çərçivəsində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində Ailə Otağının açılış mərasimi keçirilib.
 
Göyçay Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən məlumata görə, açılışda bildirilib ki, 2022-ci ildən başlayaraq antenatal qayğının yaxşılaşdırılmasına və ataların uşaqların sağlam böyüməsi və inkişafında iştirakının təşviqi və dəstəklənməsinə töhfə vermək məqsədilə Bakı, Lənkəran və Göyçay şəhərlərində müəyyən olunmuş poliklinikalarda tibb işçiləri və valideynlər üçün antenatal maarifləndirmə guşələrinin yaradılması, maarifləndirici materialların hazırlanması və yayılması, habelə tibb işçiləri üçün antenatal qayğı ilə bağlı təlim kursları təşkil edilib.
 
Eyni zamanda, Bakı, Göyçay və Lənkəran şəhərlərində 500-ə yaxın səhiyyə mütəxəssisi üçün ailə planlaması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulmuşlara qayğı mövzularında canlı və virtual təlimlərin və əhali üçün maarifləndirici seminarlar təşkil olunub. Ötən müddət ərzində həmçinin Bakı, Göyçay və Lənkəran şəhərlərində valideyn olmağa hazırlaşan və valideyn olmuş qadın və kişilərin sağlam hamiləlik, antenatal qayğının əhəmiyyəti, nümunəvi valideynlik bacarıqları, uşağa qulluq və qayğıda gender stereotipləri və qadın hüquqları mövzularında maarifləndirilməsi istiqamətində işlər aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır