Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
21.06.2023 10:31

İyunun 20-də "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nın direktoru Məcid Əliyev qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib.

 

Aztibb.az-a Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, vətəndaşların müraciətləri əsasən müayinə-müalicə,dərman təminatı, iş və əmək münasibətləri ilə bağlı olub.

 

Onların müraciətləri diqqətlə dinlənilib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun olaraq baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.