Simpozium iştirakçıları "Yeni Klinika"da olublar  
20.06.2023 15:55
Ölkəmizdə ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu davam edir.
 
Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan simpozium çərçivəsində simpozium iştirakçıları "Yeni Klinika"da olublar.
 
TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov və "Yeni Klinika"nın direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev qonaqlara tibb müəssisəsi haqqında məlumat verib.
 
Simpozium iştirakçıları xəstəxananın poliklinika, qastroenterologiya, radiologiya, revmatologiya, endokrinologiya, ginekologiya, nevrologiya, təcili və təxirəsalınmaz yardım, terapiya, reanimasiya, ümumi cərrahiyyə, kardiologiya şöbələrinin fəaliyyəti və göstərilən tibbi xidmətlərlə tanış olublar.
 
Daha sonra qonaqların iştirakı ilə aktiv panel müzakirələr təşkil olunub.
 
Panellərdə “Ginekologiya: müasir dövrün aktual mövzuları”, “Cərrahiyyədə dünya təcrübəsi və neyrocərrahiyə sahəsində təcrübə mübadiləsi” mövzusunda təqdimatlar edilib, geniş fikir mübadiləsi aparılıb.
Türkiyə, Almaniya, İngiltərədən gələn 10-dək həkim qeyd olunan mövzular üzrə təqdimatlarla çıxış edib.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”