Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Hollandiyada beynəlxalq konfransda iştirak edib
21.06.2023 08:34
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Nərmin Muradova Avropa Ginekologiya Cəmiyyətinin təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində keçirilən 15-ci Avropa Ginekoloji Birliyinin VIII beynəlxalq konfransında iştirak edib.
 
Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilən xəbərə görə, konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış cərrah ginekoloqlar çıxış ediblər.
 
Tədbirdə hamiləlik zamanı istifadə olunan dərman preparatları, endometrioma cərrahiyyəsinin yumurtalıq rezervinə təsiri, laparoskopik müalicədə myoma uteri və endometrioz və digər mövzular ətrafında müzakirələr aparılıb.
 
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
 
Qeyd edək ki, 1995-ci ildən etibarən Avropa Ginekologiya Cəmiyyəti bütün dünyada mama-ginekologiya sahəsi üzrə ən fəal nümayəndələrini bir araya toplayır, ən müasir müayinə və müalicə metodlarının təqdimatını edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır