Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı kardioloqu - Nəsimi Cabbarov
27.06.2023 09:49
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə yüksəkixtisaslı həkim-kardioloq Nəsimi Cabbarovu təqdim edirik.
 
O, 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib, 2004-2005-ci illərdə 6 saylı Klinik Uşaq Xəstəxanasında internatura təhsili alıb.
 
Nəsimi Cabbarov 2006-2011-ci illərdə müxtəlif dövlət tibb müəssisələrində revmokardioloq, pediatr kimi işləyib, 2011-2015-ci illərdə Türkiyə Cümhuriyyəti Kocaeli Universiteti Uşaq kardiologiyası şöbəsində və Türkiyənin digər ürək damar mərkəzlərində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kurslarında iştirak edib.
 
2015-2018-ci illərdə dövlət tibb müəssisəsində həkim-kardioloq işləyən Nəsimi Cabbarov 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında kardioloq kimi fəaliyyət göstərir. O, daim öz üzərində çalışır, müntəzəm olaraq xarici ölkələrdə təşkil olunan beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak edir.
 
Yüksəkixtisaslı həkim-kardioloq Mərkəzi Gömrük Hospitalında anadangəlmə ürək qüsurlarının diaqnostika və müalicəsi ilə məşğuldur. Eyni zamanda, Fetal Exokardioqrafiya, Transtorasik Doppler Exokardioqrafiya, Transezofaqial Exokardioqrafiya və pediatrik invaziv prosedurları həyata keçirir.
 
O, 2014-cü ildə Türkiyə Cümhuriyyəti İstanbul Mehmet Akif Ersoy Göğüs və Kalp Damar cərrahiyyəsi Eğitim Araşdırma Xəstəxanasının uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursu və 2015-ci ildə Acıbadem Universiteti Atakent xəstəxanasının Uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursu keçib.
 
Azərbaycan Kardiologiya Cəmiyyətinin, Türk Kardiologiya Dərnəyinin, Türkiyə Pediatrik Kardioloji və Ürək Cərrahiyyəsi Dərnəyinin üzvüdür.
 
Həkim barədə daha ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nesimi-cabbarov/
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır