Avtoqəza keçirən qazimiz Respublika Klinik Xəstəxanasında uğurla əməliyyat olunub
20.06.2023 09:11

Qazimiz Qəbələ rayon Nic kənd sakini, 2000-ci il təvəllüdlü Qodakov Yeqor Vazgenoviç avtoqəza keçirməsi nəticəsində TƏBİB-in tabeliyində olan Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili Yardım bölməsinə gətirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Yeqor Vazgenoviç Travmatologiya şöbəsinin uzman həkimi Türkel Hüseynoğlu tərəfindən müayinə edilib, xəstəyə sol baldır və sağ diz qapağı sümüklərinin qəlpəli yerdəyişən sınıqları diaqnozu qoyulub.

Xəstəyə sol qamış sümüyünə intramedulyar osteosintez və sağ diz qapağına veber üsulu ilə osteosintez cərrahi əməliyyatı olunub.

 

Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova və Travmatologiya şöbəsinin uzman həkimi Türkel Hüseynoğluna minnətdarlığını bildirib.

 

Qeyd edək ki, II Qarabağ müharibəsi qazisi Qodakov Yeqor Vazgenoviç 2000-ci ildə Qəbələ rayonunun Nic kəndində anadan olub. Azərbaycanın Suqovuşan, Laçın və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yeqor Vazgenoviç “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev