Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işini davam etdirir
19.06.2023 22:02

Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda iştirak üçün xaricdən gələn azərbaycanlı həkimlər Kliniki Tibbi Mərkəzdə olublar.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, simpoziumun işgüzar proqramı çərçivəsində qonaqlar mərkəzin korpusları ilə tanış olublar. Daha sonra “Üz-çənə cərrahiyyəsində müasir müalicə metodları” və “Kardiocərrahiyyədə müasir müalicə metodları” mövzularında panel müzakirələri təşkil olunub.

 

“Üz-çənə cərrahiyyəsində müasir müalicə metodları” adlı panel müzakirəsində Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən təbib Sabrin Əzim “Mükəmməlliyə gedən yol: Ağız və üz-çənə cərrahiyyəsində JCI”, “Kanada və Avstraliya akkreditasiyasına hazırlığın qiymətləndirilməsi. Biz harada dayanırıq?”, Almaniyada çalışan həkim Elşən Ağayev “Üz sümüklərinin travmalarında yeni müalicəvi yanaşmalar”, Rusiyada fəaliyyət göstərən Adil Məmədov “Uşaq stomatologiyası və anadangəlmə dodaq-damaq yarıqlarında müalicə metodları” mövzularında təqdimatlarla çıxış ediblər.

 

“Kardiocərrahiyyədə müasir müalicə metodları” adlı panel müzakirəsində Türkiyədə fəaliyyət göstərən Amir Ağayev “Ürək və damar cərrahiyyəsində minimum xərc, maksimum fayda”, Rusiyada çalışan Mehman Məmmədov “Ürək - damar xəstəliklərinin müalicəsində yeniliklər”, Almaniyada fəaliyyət göstərən təbib Rövşən Məmişov “Torako-Abdominal Aorta Anevrizmalarının müasir müalicə metodları” və “Periferik damar tutulmalarında istifadə olunan müasir invaziv revaskularizasiya metodları”, Rusiyada çalışan Emin Səlimov isə öz növbəsində “Transfuziologiyada müasir trendlər” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Sonda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kardiologiya, ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi və torakal cərrahiyyə üzrə fəaliyyət göstərən mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev