Xaricdən gələn azərbaycanlı həkimlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında olublar
20.06.2023 09:28

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda iştirak üçün xaricdən gələn azərbaycanlı həkimlər TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, simpoziumun işgüzar proqramı çərçivəsində “Cərrahiyyə sahəsi üzrə dünya təcrübəsi”, “Daxili xəstəliklərin müalicəsində yeni yanaşmalar”, “Ana və uşaq sağlamlığına strateji yanaşma” mövzularında panel müzakirələr təşkil edilib.

“Cərrahiyyə sahəsi üzrə dünya təcrübəsi” adlı panel müzakirəsində Almaniyada fəaliyyət göstərən təbib Vüqar Yaqublu “Yumşaq toxuma şişlərinin diaqnostikası və müalicəsi”, ABŞ-da çalışan təbib Pərviz Hacıyev “Uşaq urologiyasında təcili hallar”, Almaniyada fəaliyyət göstərən təbib Seymur Kərimli “Aortanın disseksiyası” mövzularında təqdimatlarla çıxış ediblər.

“Daxili xəstəliklərin müalicəsində yeni yanaşmalar” adlı panel müzakirəsində Rumınyada fəaliyyət göstərən həkim Emin Məmmədov “Piramidal payın klinik əhəmiyyəti”, Türkiyədə çalışan Aysel Paşayeva Bulut “Şəkərli diabetli xəstələrin müalicəsi və nəzarətdə saxlanması mövzularında təqdimatlarla çıxış ediblər.


“Ana və uşaq sağlamlığına strateji yanaşma” adlı panel müzakirəsində Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Röya Hüseynova “Təcili neonatoloji xidmətlərin təşkilində yeniliklər”, Almaniyada çalışan Səbinə Hacızadə “İnsan papilloma virus (HPV) genotipinin yaşa və cinsə görə dəyərləndirilməsi”, Türkiyədə çalışan Melahat Atasever "Keysəriyyə kəsiyindən sonrakı ağırlaşmalar: Çapıqdan sonrakı hamiləlik" mövzularında təqdimatlarla çıxış ediblər.


Sonda mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır