Xaricdən gələn azərbaycanlı təbiblər Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olublar
19.06.2023 21:12

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda iştirak üçün xaricdən gələn azərbaycanlı həkimlər TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olublar.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.


Tədbir iştirakçıları Quba Rayon Mərkəzi Xəstəxanasının şöbələrinə baxış keçirib, Quba və ətraf rayonlarda çalışan həmkarları ilə fikir mübadiləsi aparıblar.

 

Konfransı giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov belə görüşlərin xaricdə yaşayan həkimlərin Azərbaycan səhiyyə sistemi ilə yaxından tanışlığına, qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratdığını və belə görüşlərin gələcəkdə də davam etməsinin vacibliyini vurğulayıb.


Simpoziumun işgüzar proqramı çərçivəsində “Xəstəliklərin müalicəsində yeni yanaşmalar”, “Tibb sahəsində multisiplinar yanaşmalar”, “Ana və uşaq sağlamlığına strateji yanaşma” panel müzakirələri təşkil edilib.

“Xəstəliklərin müalicəsində yeni yanaşmalar” adlı panel müzakirəsində Türkiyədə fəaliyyət göstərən təbib Tural Xaspolad “Xəstə xidmətləri, xəstə məmnunluğu”, Türkiyədə çalışan təbib Qail Qasımov “Onurğa xəstəliklərinin erkən aşkarlanması, anadangəlmə deformasiyalar”, Rusiyada fəaliyyət göstərən təbib Sabir Həbibov “Aşağı ətrafların varikoz xəstəliyində minimal invaziv cərrahi üsul”, “Pararektal fistuların müalicəsində yeni videoendoskopik üsul” mövzularında təqdimatlarla çıxış ediblər.

 

“Tibb sahəsində multidisiplinar yanaşmalar” adlı panel müzakirəsində Türkiyədə fəaliyyət göstərən təbib Nərgiz Hüseyinoğlu Ali Satter “Obstruktiv yuxu apnoesi”, Almaniyada çalışan göstərən təbib Asadi Rafik “Ailə həkimi kimdir? Nə işləri görməlidir?”, Küveytdə fəaliyyət göstərən təbib Kəmalə Bozan “İnsult zamanı klinik reabilitasiya”, “Ağrının reabilitasiyası” mövzularında təqdimatlarla çıxış ediblər.

“Ana və uşaq sağlamlığına strateji yanaşma” adlı panel müzakirəsində Türkiyədə çalışan təbib Nəsiman Alılı “Uşaqlarda təkmil yaşam dəstəyi”, Almaniyada fəaliyyət göstərən təbib Elvin Piriyev “Fibromaların müalicə indikatorları və prinsipləri” mövzularında təqdimatlarla çıxış ediblər.


Sonda mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır