Mərkəzi Gömrük Hospitalında kadr dəyişikliyi olub
19.06.2023 16:18
Mərkəzi Gömrük Hospitalında yeni kadr dəyişikliyi olub.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, Gülay Məmmədzadə müəssisədə həkim-psixiatr vəzifəsinə təyin olunub.
 
Gülay Məmmədzadə 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib və 2006-2007-ci illərdə 1 saylı Kliniki Psixiatriya Xəstəxanasında internatura təhsili alıb. 2015-2017-ci illərdə o, Boston şəhərində yerləşən “Harvard School of Public Health” Universitetində və “Boston Children’s” Hospitalında 2 illik psixi sağlamlıq və elmi işlərin aparılması üzrə ixtisasartırma kursu keçib.
 
Həkim 2018-ci ildə “Süd vəzisi xərçəngi olan qadınlarda psixi sağlamlıq və həyat keyfiyyəti” mövzusunda elmi işini müdafiə etmiş və 2019-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi adını alıb. 2020-2022-ci illərdə İmperial College London Universitetində İctimai səhiyyə üzrə postdiplom təhsili keçərək magistr dərəcəsini alıb.
 
Gülay həkim 2007-2009-cu illərdə Bərpa Tibb Mərkəzində həkim-psixiatr, 2009-2022-ci illərdə Azərbaycan Tibb Universitetində Psixiatriya Kafedrasının assistenti və 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının həkim-psixiatrı kimi çalışıb. Eyni zamanda 2019-2021-ci illərdə Azərbaycan Tibb Universitetinim Rezidentura və magistratura şöbəsinin müdir müavini vəzifəsində işləyib.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev