Azərbaycan ÜST-nin Avropada Maliyyə Müdafiəsi üzrə Barselona Forumunda təmsil olunub
19.06.2023 16:05
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Sistemlərinin Maliyyələşdirilməsi üzrə Barselona Ofisi Avropadakı tendensiyalar haqqında məlumatlılığı artırmaq, dəyişiklik üçün gündəliyi müəyyən etmək və siyasətlərin işlənib hazırlanmasını təşviq etmək üçün maliyyə müdafiəsi və səhiyyə xidmətinə sərfəli çıxış üzrə iki günlük ekspert görüşü təşkil edib.
 
Aztibb.az ÜST-nin Azərbaycan nümayəndəliyinə istinadla xəbər verir ki, görüşdə ÜST-nin Avropa regionuna üzv olan 40 ölkədə maliyyə müdafiəsi üzrə hesabat layihəsinin nəticələri paylaşılıb. Hesabat sübutlara, təhlillərə və qabaqcıl təcrübəyə əsaslanaraq, əhalinin səhiyyə xərclərindən müdafiəsi sahəsində dəyişdirilməli olan məsələləri və səbəbləri müəyyən edib.
 
İki gün ərzində iştirakçılar ölkə səviyyəsində necə irəliləyiş əldə etdiklərinə dair təcrübələrini bölüşüblər.
 
ÜST-nin Avropada Maliyyə Müdafiəsi üzrə Barselona Forumunda yerli səhiyyə qurumlarının nümayəndələri və maliyyə müdafiəsi üzrə ekspertlər iştirak ediblər.
 
Forumda Azərbaycanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini xanım Nigar Bayramova və ÜST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Tural Qulu təmsil ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır