Neyrocərrah Rasim Quliyev - “Həkimlərimizi tanıyaq!” rubrikası
20.06.2023 16:55
“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına Respublika Neyrocərrahiyyə Xəstəxanasının Spinal neyrocərrahiyyə şöbəsinin müdiri Rasim Quliyev haqqında məlumatları təqdim edirik.
 
Rasim Zakir oğlu Quliyev 23 oktyabr 1980-ci ildə anadan olub. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2003-2004-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.
 
2004-2006-cı illərdə Ukraynada neyrocərrahiyyə ixtisası üzrə klinik ordinaturanı bitirib.
 
O, 2007-ci ildə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim-neyrocərrah kimi fəaliyyətə başlayıb. 2023-cü ildən xəstəxananın Spinal neyrocərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
 
Rasim Quliyev 2016-2018-2020-ci illər ərzində mütəmadi olaraq Həkimlərin Təkmilləşdirmə İnstitutunda neyrocərrahiyyə üzrə kurslar keçib və 2012-2017-2022-ci illər ərzində müvafiq qaydada sertifikasiya imtahanlarında uğurla iştirak edib.
 
Həkim 44 günlük Vətən müharibəsi dövründə cəbhə bölgəsində yaralı əsgərlərə göstərilən cərrahi tibbi xidmətlərə görə Fəxri fərmanlarla təltif olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev