"Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir!
19.06.2023 16:42
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə bəhs edəcəyimiz Elman Quliyev Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktorudur.
 
Elman Mətləb oğlu Quliyev 1974-cü il iyunun 19-da Neftçala rayonunda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olub, 1998-ci ildə universiteti bitirib. 1998-1999-cu illərdə Milli Onkologiya Mərkəzində internatura keçib.
 
O,  1999-cu ildən 2003-cü ilə kimi hərbi xidmətdə olmuş və hərbi həkim kimi fəaliyyət göstərib. 2003-cü ildən təyinatla Neftçala Rayon Mərkəzi Xəstəxanasında həkim-onkoloq kimi fəaliyyətə başlayıb. 2004-cü ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisas dəyişərək cərrahiyyə ixtisasına yiyələnib, xəstəxananın Cərrahiyyə şöbəsində həkim-cərrah işləyib.
 
2020-ci il fevralın 28-dən “Neftçala Rayon Mərkəzi Xəstəxanasının” Publik hüquqi şəxsində direktor müavini, 16 aprel 2021-ci ildə direktor vəzifəsinə təyin olunub. Hazırda “Neftçala Rayon Mərkəzi Xəstəxanasının” publik hüquqi şəxsində direktor vəzifəsində fəaliyyət göstərir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib