İSİM tərəfindən mobil tətbiqlər istifadəyə verilib
19.06.2023 11:12

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hər yerdə, hər zaman müxtəlif aspektləri əhatə edən peşəkar tibbi məsləhət, habelə tövsiyələrin alınmasını vətəndaşlar üçün daha rahat və çevik edən mobil tətbiqlər istifadəyə verilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Hazırda nazirliyin qurumu tərəfindən "İlk Yardım tətbiqi", "Ürəyinizi qoruyun", "Şəkərli diabet", “Sağlam qida”, "Tütündən imtina et", "Saglamlıq" və digər mobil əlavələri yükləmək mümkündür.

 

Tətbiqləri telefonunuza və ya planşetinizə yükləyərək, təcili tibbi yardım xidmətləri və ya digər təcili yardım qurumları tərəfindən lazım olduqda və ya təlimat verildikdə ilk yardım tədbirlərini həyata keçirmək və ya aparılan tədbirlərə yardımçı olmaq üçün tematik videolara və sadə təlimatlara çıxış imkanı əldə etmiş olursunuz. Eyni zamanda, düzgün qida rasionunu tərtib etməyə, tütünçəkmənin zərərləri və tütünçəkmədən imtina metodikaları, ürək-damar xəstəliklərinin əsas risk faktorları, streslə mübarizə metodları və digər faydalı materiallarla tanış olmaq mümkündür. Həmçinin, “VideoDoktor” mobil tətbiqi ev şəraitində yüksək keyfiyyətli tibbi yardım əldə etməyə, peşəkar tibbi məsləhətlər almağa imkan verir. İstifadəsi olduqca rahat olan “MD Reference” mobil tətbiqin əsas funksiyası həkim və digər səhiyyə işçilərinin tibbin ən son yeniliklərindən xəbərdar olmalarına kömək etməsidir.

 

Mobil əlavələri “Google Play Market” və “App Store”dan yükləmək mümkündür. Onlar Android və İOS sistemləri tərəfindən dəstəklənir.

 

Bu mobil tətbiqlər barədə ətraflı məlumat və təlimatları İSİM-in rəsmi saytında (https://isim.az/) “Resurslar” bölməsinin “Mobil əlavələr” alt bölməsinə daxil olaraq əldə etmək və yükləmək mümkündür (https://isim.az/az/pages/46-Mobil-elaveler).

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır