Mərkəzi Gömrük Hospitalının travmatoloqu Milli Türk Uşaq Ortopediya Konqresində iştirak edib
19.06.2023 10:26

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev Türkiyə Respublikasının Ankara şəhərində keçirilmiş Milli Türk Uşaq Ortopediya Konqresində iştirak edib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından xəbər verilib.

 

Konqresdə Azərbaycan, İsrail, Amerika, İngiltərə və müxtəlif ölkələrdən dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər tərəfindən uşaq ortopediyasını əhatə edən müxtəlif patologiyalarının müasir müalicə üsulları barədə məruzələr edilmişdir.

 

Eyni zamanda, tədbir çərçivəsində Türkiyyə-İsrail uşaq ortopediyası dərnəklərinin ortaq elmi toplantısı keçirilmiş, mütəxəssislər öz şəxsi təcrübələrində rastlaşdıqları ən çətin patologiyaların müalicə üsullarını nümayiş etdirmiş, mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır. Həmçinin uşaq dayaq-hərəkət sisteminin müxtəlif növ travmalarının müalicəsinə müasir yanaşmalardan, müxtəlif növ yeni implantların tətbiqindən, uşaq travmatologiya-ortopediyasında müalicə müddəti ərzində uşaqların rentgen şüalarından qorunması və şüalanmanın maksimum azaldılması üsullarından danışılmışdır.

 

Mütəxəssislər zəlzələ zamanı zərərçəkmiş uşaqların dağıntılar altından xilas edilməsi zamanı və xilas edildikdən sonra onların müalicəsində yol verilən səhvləri, müxtəlif ağırlaşmaları və etaplı şəkildə müalicə üsullarını müzakirə ediblər.

 

Pediatrik ortoediya üzrə onlayn canlı bağlantı ilə bəzi əməliyyatlar nümayiş etdirilib.

 

Konqresdə uşaq ortopediyası və travmatologiyası üzrə əldə edilmiş yeni məlumatlar Mərkəzi Gömrük Hospitalında Travmatologiya və Ortopediya şöbəsində müxtəlif patologiyaların müasir üsullarla müalicəsində faydası olacaqdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev